MƏXFİLİK SİYASƏTİ MÜQAVİLƏSİ (Privacy Policy)
Son yenilənmə tarixi: 17 Avqust 2026-cı il Platforma: www.nasan.az ("Nasan.az" və ya " Platforma ")
Bu Məxfilik Siyasəti (" Siyasət "), Nasan.az platformasından istifadə edən fərdi istifadəçilərin (B2C – müştərilər) və platformada mağaza, xidmət və ya elan yerləşdirən hüquqi/fiziki şəxs olan tərəfdaşların (B2B – vendorlar, xidmət təminatçıları) fərdi və kommersiya məlumatlarının toplanması, işlənilməsi, saxlanması və qorunması qaydalarını tənzimləyir.
Platformadan qeydiyyatdan keçməklə və ya xidmətlərdən istifadə etməklə Siz bu Siyasətin şərtlərini tam və qeyd-şərtsiz qəbul etmiş olursunuz.
1. TOPLANILAN MƏLUMATLAR
Nasan.az xidmətlərin göstərilməsi, e-ticarət əməliyyatlarının həyata keçirilməsi və platformanı n təhlükəsizliyinin təmin edilməsi məqsədilə aşağıdakı kateqoriyalardan olan məlumatları toplayır:
1.1. Fərdi İstifadəçilər (B2C) Üçün:
Şəxsi identifikasiya məlumatları: Ad, soyad, əlaqə nömrəsi, e-poçt ünvanı.
Hesab və Giriş Məlumatları: İstifadəçi adı, şifrə (şifrələnmiş şəkildə), sosial şəbəkələrlə giriş məlumatları.
Sifariş və Əməliyyat Məlumatları: Tədbir tarixləri, seçilmiş xidmətlər/məhsullar, çatdırılma ünvanı, xidmət sorğuları.
Rəy və Qiymətləndirmə: Platformada mağazalar və xidmətlər haqqında yazdığınız rəylər və qiymətləndirmələr.
1.2. Vendorlar, Mağazalar və Xidmət Təminatçıları (B2B) Üçün:
Biznes İdentifikasiya Məlumatları: Şirkət / Mağaza adı, VÖEN, hüquqi və faktiki ünvan, rekvizitlər.
Səlahiyyətli Şəxs Məlumatları: Şirkət nümayəndəsinin / sahibkarın adı, soyadı, vəzifəsi, əlaqə nömrəsi və e-poçtu.
Kataloq və Qrafik Materiallar: Təklif olunan xidmət/məhsul siyahısı, qiymət cədvəli, portfolio fotoları/videoları.
Maliyyə və Bank Məlumatları: Ödənişlərin qəbulu və ya hesablaşmalar üçün bank rekvizitləri.
1.3. Avtomatik Toplanan Texniki Məlumatlar:
IP ünvanı, cihaz növü, brauzer tipi, əməliyyat sistemi.
Saytdakı fəaliyyət tarixçəsi (baxılan səhifələr, keçid edilən linklər, axtarış sorğuları).
Cookie (Kuki) faylları və analitik göstəricilər.
2. MƏLUMATLARIN İŞLƏNİLMƏSİ VƏ İSTİFADƏ MƏQSƏDLƏRİ
Toplanan məlumatlar ciddi şəkildə aşağıdakı əməliyyat və kommersiya məqsədləri üçün istifadə olunur:
2.1. Xidmətlərin Göstərilməsi: B2C müştəriləri ilə B2B vendorlar arasında əlaqənin qurulması, sorğuların və sifarişlərin yönləndirilməsi.
2.2. E-Ticarət və Ödənişler: Abunəlik haqlarının, Boost/VIP xidmət haqqlarının və e-ticarət ödənişlərinin emalı.
2.3. Hesabın İdarə Edilməsi: İstifadəçi və vendor profillərinin yaradılması, moderasiyası və təhlükəsizliyinin təmin olunması.
2.4. Marketinq və Kommunikasiya: Platforma daxili yeniliklər, xüsusi təkliflər, bildirişlər və xidmət mesajlarının göndərilməsi.
2.5. Analitika və İnkişaf: İstifadəçi təcrübəsinin (UI/UX) yaxşılaşdırılması, axtarış alqoritmlərinin optimallaşdırılması.
2.6. Hüquqi Öhdəliklər: Azərbaycan Respublikasının qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi.
3. MƏLUMATLARIN ÜÇÜNCÜ ŞƏXSLƏRƏ ÖTÜRÜLMƏSİ
Nasan.az istifadəçilərin məxfilik hüquqlarına hörmətlə yanaşır. Fərdi və kommersiya məlumatları aşağıdakı hallardan başqa üçüncü şəxslərə satılmır və ötürülmür:
3.1. B2C və B2B Əlaqələndirməsi Zamanı: Müştəri tərəfindən göndərilən xidmət sorğusu və əlaqə məlumatları müvafiq Vendor-a (və ya əksinə) xidmətin icrası məqsədilə ötürülür.
3.2. Xidmət Təminatçıları (Partnyorlar): Banklar, elektron ödəniş sistemləri (Payment Gateways), SMS bildiriş provayderləri və server infrastruktur tərəfdaşları (yalnız texniki xidmətin göstərilməsi həddində).
3.3. Qanunvericiliyin Tələbi ilə: Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları və ya məhkəmələri tərəfindən rəsmi və əsaslandırılmış sorğu olduqda.
4. ÖDƏNİŞ TƏHLÜKƏSİZLİYİ (E-COMMERCE)
4.1. Platformada həyata keçirilən bütün elektron ödənişlər (bank kartları vasitəsilə) lisenziyalı ödəniş inteqratorları və bankların təhlükəsiz ödəniş səhifələri üzərindən həyata keçirilir.
4.2. Nasan.az istifadəçilərin bank kartı məlumatlarını (16 rəqəmli kod, CVV/CVC, son istifadə tarixi) öz serverlərində SAXLAMIR və İŞLƏMİR.
4.3. B2B ödənişləri və abunəlik fakturaları elektron qaydada rəsmiləşdirilir.
5. MƏLUMATLARIN QORUNMASI VƏ TƏHLÜKƏSİZLİK
5.1. Nasan.az toplanmış məlumatların itirilməsi, qanunsuz istifadəsi, dəyişdirilməsi və ya yetkisiz şəxslərin əlinə keçməsinin qarşısını almaq üçün müasir SSL/TLS şifrələmə protokollarından və təhlükəsizlik divarlarından (Firewall) istifadə edir.
5.2. İstifadəçilər və B2B tərəfdaşlar öz hesab şifrələrinin məxfiliyinə cavabdehdir və şifrəni üçüncü şəxslərə ötürməməlidir.
6. İSTİFADƏÇİLƏRİN HÜQUQLARI (B2C və B2B)
İstifadəçilər aşağıdakı hüquqlara malikdirlər:
6.1. Şəxsi kabinetlərinə daxil olaraq məlumatlarına baxmaq, düzəlişlər etmək və ya yeniləmək.
6.2. Hesablarının və fərdi məlumatlarının sistemdən tamamilə silinməsini (Delete Account) dəstək xidmətindən tələb etmək.
6.3. Marketinq xarakterli e-poçt və ya SMS bülletenlərindən imtina etmək.
7. COOKIE (KUKİ) FAYLLARI
7.1. Nasan.az platformanın funksionallığını təmin etmək, istifadəçi üstünlüklərini yadda saxlamaq və analitik göstəriciləri toplamaq üçün Cookie fayllarından istifadə edir. İstifadəçi brauzer parametrində kukiləri bloklaya bilər, lakin bu halda saytın bəzi funksiyaları məhdudlaşa bilər.
8. SİYASƏTDƏ DƏYİŞİKLİKLƏR
8.1. Nasan.az bu Məxfilik Siyasətinə istənilən vaxt birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Yenilənmiş versiya platformada yayımlandığı andan qüvvəyə minir. Dəyişikliklərdən sonra platformadan istifadəyə davam etmək yeni şərtlərin qəbul edilməsi deməkdir.
9. ƏLAQƏ MƏLUMATLARI
Məxfilik Siyasəti ilə bağlı hər hansı sual, təklif və ya sorğularınız üçün bizimlə əlaqə saxlaya bilərsiniz:
Hüquqi Şəxs: " Nasan Technologies" MMC
VÖEN: 1906560691
Hüquqi Ünvan: Bakı şəhəri, Azərbaycan
E-poçt: [email protected] / [email protected]
Əlaqə Nömrəsi / WhatsApp: +994 (55) 451 01 11























