Hüquqi sənədlər

Nasan.az platformasının istifadə şərtləri, hüquqi siyasətləri və ödənişli xidmət qaydaları.

ÜMUMİ İSTİFADƏÇİ RAZILAŞMASI (Platformadan İstifadə Şərtləri və Qaydaları)

Qüvvəyə minmə tarixi: Dərc edildiyi andan etibarən

Bu sənəd Nasan.az rəqəmsal platformasının (veb-sayt, mobil tətbiqlər və alt strukturlar) idarəçisi olan Administrasiya (bundan sonra — "İcraçı") ilə Platformadan istifadə edən istənilən fiziki və hüquqi şəxs (bundan sonra — "İstifadəçi") arasında hüquqi qüvvəyə malik komplekt müqavilədir.

İstifadəçi platformada qeydiyyatdan keçməklə, elan yerl əşdirməklə, "Təsdiq edirəm" düyməsini sıxmaqla və ya platformanın xidmətlərindən faktiki istifadə etməklə bu Razılaşmanın bütün şərtlərini tam, qeyd-şərtsiz qəbul etmiş (aksept etmiş) sayılır.

1. TERMİNLƏR VƏ TƏRİFLƏR

1.1. Platforma (Nasan.az): İcraçıya məxsus olan veb-sayt, mobil tətbiqlər, server proqram təminatı və verilənlər bazası toplusu.

1.2. Administrasiya (İcraçı): Platformanın hüquqi mülkiyyətçisi və operatoru olan "Nasan Technologies" MMC (VÖEN: 1906560691).

1.3. İstifadəçi: Platformada qeydiyyatdan keçmiş və ya platformadan istifadə edən istənilən fəaliyyət qabiliyyətli fiziki və hüquqi şəxs.

1.4. Fərdi İstifadəçi (B2C): Platformadan kommersiya (sahibkarlıq) fəaliyyəti gütmədən şəxsi ehtiyacları üçün istifadə edən fiziki şəxs. Fərdi istifadəçilər platformada öz elanlarını yerləşdirib satış edə bilərlər; bura həm şəxsi xidmətlərin təklifi, həm də özünə məxsus olan hər hansı şəxsi malın/əşyanın (məsələn, toy atributları və s.) birdəfəlik və ya qeyri-müntəzəm satışı daxildir.

1.5. Mağaza / Biznes / Vendor (B2B): Tədbir, toy, iaşə, qızıl, geyim, rental və digər xidmət sahələrində fəaliyyət göstərən, brend hesabına sahib hüquqi şəxs və ya fərdi sahibkar.

1.6. İctimai Oferta: İcraçının xidmətlər göstərmək üçün qeyri-müəyyən şəxslər dairəsinə ünvanladığı, bu Razılaşmanın ayrılmaz hissəsi olan rəsmi xidmət təklifi.

1.7. Aksept: İstifadəçinin platformada qeydiyyatdan keçməsi və ya xidmətlərdən istifadə etməsi ilə bu Razılaşmanı şərtləri ilə tam qəbul etməsi.

1.8. Şəxsi Kabinet / Balans: İstifadəçinin daxil etdiyi məlumatları, xidmətləri və maliyyə əməliyyatlarını idarə etdiyi virtual profil.

2. ÜMUMİ MÜDDƏALAR

2.1. Bu Razılaşma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və fərdi məlumatların qorunması haqqında qanunvericiliyinə uyğun olaraq hüquqi qüvvəyə malik sənəddir.

2.2. Platformadan istifadə etmək, hesab açmaq və ya elan yerləşdirmək İstifadəçinin bu Razılaşmanı tam və qeyd-şərtsiz Aksept etməsi hesab olunur.

2.3. Administrasiya bu Razılaşmanı birtərəfli qaydada dəyişmək hüququna malikdir. Yenilənmiş şərtlər saytda dərc olunduğu andan qüvvəyə minir.

2.4. İstifadəçi bu Razılaşmanı təsdiqləməklə, onun əlavəsində olan və platformadaxili kommersiya/vasitəçilik xidmətlərini tənzimləyən “ İctimai Oferta Müqaviləsini ” də tam təsdiqləmiş və imzalamış olur.

3. ELANLARIN YERLƏŞDİRİLMƏSİ VƏ KATEQORİYA LİMİTLƏRİ

3.1. Pulsuz Limitlər və Ödənişli Xidmətlər: Fərdi istifadəçilər (B2C) və biznes subyektləri (B2B) üçün kateqoriyalar üzrə tətbiq olunan pulsuz elan yerləşdirmə limitləri, ödənişli tariflər, VIP/İrəli çək xidmətləri və abunəlik paketləri bu Razılaşmanın ayrılmaz hissəsi olan "Tariflər və Paketlər Əlavəsi" ilə tənzimlənir və Administrasiya tərəfindən müəyyən edilir. Müvafiq limitlər keçildikdə növbəti elanlar yalnız həmin əlavədəki tariflər əsasında dərc olunur.

3.2. Məlumatların Düzgünlüyü Və Moderasiya:

3.2.1. Elanda göstərilən bütün məlumatlar (qiymət, təsvir, fotolar) real və dəqiq olmalıdır. Yanıltıcı qiymət yazmaq, başqasına aid portfolio/şəkillərdən istifadə etmək qadağandır.

3.2.2. Bütün elanlar 2–24 saat ərzində moderasiyadan keçir. Qaydaları pozan elanlar rədd edilir.

4. B2B REFERRAL PROQRAMI VƏ BONUSLARIN HESABLANMASI

4.1. Ümumi Referral Mexanizmi: Platformada qeydiyyatdan keçmiş mövcud Mağaza ("Dəvət edən") öz fərdi referral kodu ilə yeni Mağazanı ("Dəvət olunan") platformaya cəlb edə bilər. Dəvət olunan mağaza öz profilini tamamladıqdan və aid olduğu kateqoriya üzrə tələb olunan minimum aktiv elan sayını yerləşdirdikdən sonra, hər iki tərəfin daxili balansına bonus məbləği əlavə olunur.

4.2. Limitlər və Bonus məbləğləri: Referral proqramı çərçivəsində kateqoriyalar üzrə tələb olunan minimum elan sayları, veriləcək konkret bonus məbləğləri və xüsusi şərtlər **"Tariflər və Paketlər Əlavəsi"**ndə öz əksini tapır.

4.3. Bonusların İstifadəsi: Qazanılan bonuslar dərhal daxili balansa oturur. Bu bonuslarla elanları VIP statusuna keçirmək, Boost (İrəli çəkmək), mesajlaşma/kampaniya xidmətlərini almaq və platformanın gələcək bütün ödənişli xidmətlərinin haqqını ödəmək mümkündür.

4.4. Reklam Banneri Swapı: Bonus balansı müəyyən limitə (müvafiq əlavədə göstərilən həddə) çatdıqda, mağaza bu məbləği Nasan.az-ın Ana Səhifəsində xüsusi Reklam Banneri yerləşdirilməsi xidməti ilə əvəzləyə bilər.

4.5. Bonusların Nağdlaşdırılması: Bonusların nağd pula və ya bank hesabına köçürülməsi yalnız **"Tariflər və Paketlər Əlavəsi"**ndə müəyyən edilmiş minimal həddə və konvertasiya nisbətinə uyğun olaraq həyata keçirilir.

4.6. Anti-Fraud (Saxtakarlıqla Mübarizə) və Manipulyasiya Qadağası: Bir fiziki və ya hüquqi şəxs tərəfindən süni şəkildə özü-özünə referral bonusu qazanmaq məqsədilə saxta, uydurma (fictitious) və ya fəaliyyət göstərməyən mağaza/biznes profillərinin açılması qətiyyən qadağandır. Administrasiya belə manipulyasiya cəhdlərini aşkar etmək üçün texniki və analitik monitorinq alətlərindən istifadə edir.

4.7. Sanksiyalar və Balansın Sıfırlanması: Bu Razılaşmanın 4.2-ci maddəsində qeyd olunan elan limitlərini süni şəkildə doldurmaq məqsədilə keyfiyyətsiz, dublikat (təkrar), saxta və ya real olaraq mövcud olmayan xidmət/məhsul elanları yerləşdirildikdə, Administrasiya tərəflərin referral statusunu birtərəfli qaydada ləğv etmək, elanları silmək və həm dəvət edən, həm də dəvət olunan mağazanın bonus balansını dərhal sıfırlamaq hüququna malikdir.

5. MESAJLAR XİDMƏTİ, BİLDİRİŞLƏR VƏ KOMMUNİKASİYA PANELİ

Platformanın Mesajlaşma paneli 5 alt bölmədən ibarətdir:

5.1. Çat: Müştərilərin Bizneslərlə, Bizneslərin digər Bizneslərlə və ya Fərdi müştərilərin öz aralarında birbaşa yazışması üçündür.

5.2. Məlumatlandırma: Elanların dərci/rədd edilməsi, balansın artırılması, platformadakı yeniliklər, profilaktik işlər və texniki bildirişlər bu hissəyə avtomatik ötürülür.

5.3. Kampaniyalar: Mağazaların ümumi kampaniyaları haqqında istifadəçilərə göndərilən bildirişlərdir. Bizneslər bu kampaniyaları Fərdi şəxslərə göndərmək üçün ödənişli göndəriş xidmətindən istifadə edirlər.

5.5. Təkliflər (Spesifik Promokodlar): Konkret gün/vaxt üçün nəzərdə tutulmuş özəl təkliflərdir. Müştəri təklifi qəbul edərək koda yiyələnir. Təkliflərin göndərilməsi ödənişli xidmətdir.

5.6. Bildirişlər (Biznes Analitikası): Mağazalara və şəxslərə məhsullarının statistikası haqqında gələn məlumatlardır (elanına kim baxdı, kim bəyəndi/like etdi, nömrəsini kim açdı). Bu analitik məlumatların təqdim olunması ödənişli xidmətdir. (Bu maddələrdə qeyd olunan xidmətlərin tarifləri "Tariflər və Paketlər Əlavəsi" ilə müəyyən edilir).

6. ÖDƏNİŞ ŞƏRTLƏRİ VƏ MALİYYƏ QAYDALARI

6.1. Balansın Qaytarılmaması Şərti (Non-refundable): İstifadəçi tərəfindən Şəxsi Kabinet balansına ödənilən/köçürülən pul vəsaitləri və ya daxili balans heç bir halda (hesab silindikdə, xidmətdən imtina edildikdə və ya qayda pozuntusuna görə profil bloklandıqda) nağd şəkildə GERİ QAYTARILMIR. Yığılan vəsaitlər yalnız platformadaxili xidmətlərə xərclənə bilər.

6.2. Ödənişlər bank kartları (Visa/Mastercard), terminal ödənişləri və ya qazanılmış daxili bonus balansı vasitəsilə həyata keçirilir.

7. MƏXFİLİK SİYASƏTİ (PRIVACY POLICY) VƏ TƏHLÜKƏSİZLİK

7.1. Toplanan Məlumatlar: Administrasiya İstifadəçinin qeydiyyat məlumatlarını (ad, soyad, telefon, e-poçt), B2B VÖEN/mağaza rekvizitləri və cihaz parametrlərini (IP ünvan, cihaz modeli, brauzer) toplayır.

7.2. Emal Məqsədi: Fərdi məlumatlar xidmətin göstərilməsi, təhlükəsizliyin təmin edilməsi, OTP təsdiqləmə və fərdiləşdirilmiş bildirişlərin göndərilməsi üçün emal olunur.

7.3. Üçüncü Şəxslərə Ötürülmə: Məlumatlar kommersiya məqsədilə satılmır. Yalnız ödəniş provayderlərinə (banklara) və qanunvericiliyin tələbi ilə hüquq-mühafizə orqanlarına təqdim edilə bilər.

7.4. İstifadəçi bu Razılaşmanı təsdiqləməklə platformanın ayrılmaz hissəsi olan "Məxfilik Siyasəti Müqaviləsi" ni də tam qəbul etmiş və imzalamış olur.

8. ÇƏRƏZ (COOKIE) QAYDALARI

8.1. Zəruri Çərəzlər: Platformanın işləməsi və sessiya təhlükəsizliyi üçün mütləqdir, söndürülə bilməz.

8.2. Analitika Və Marketinq Çərəzləri: İstifadəçi gizlilik parametrindən analitika (Google Analytics) və marketinq (Meta Pixel) çərəzlərini istəyinə uyğun olaraq aktivləşdirə və ya söndürə bilər.

8.4. İstifadəçi bu Razılaşmanı təsdiqləməklə platformanın "Çərəz (Cookie) Qaydaları Müqaviləsi" ni də tam qəbul etmiş və imzalamış olur.

9. TEMATİK UYĞUNSUZLULAR VƏ QADAĞAN OLUNMUŞ ELANLAR

Platformanın profilinə və təhlükəsizlik siyasətinə uyğun olmayan aşağıdakı kateqoriyalarda elanların yerləşdirilməsi qəti qadağandır:

9.1. Sahəvi Profilə Uyğunsuzluqlar:

Tədbir və toy sənayesinə aid olmayan hər türlü məhsul/xidmət: Daşınmaz əmlak alqı-satqısı/icarəsi (yaşayış mənzilləri), avtomobil satışı (tədbir icarəsi üçün nəzərdə tutulmayan şəxsi nəqliyyat), məişət texnikası, tikinti materialları, gündəlik qida məhsulları və s.

İkinci əl (işlənmiş) şəxsi əşyalar: Platformanın profilinə və tədbir/toy sənayesinə aid olmayan gündəlik geyimlər, işlənmiş məişət əşyaları və ya məişət elektronikası. (İstisna: Platformanın tematikasına birbaşa aid olan ikinci əl toy/tədbir geyimləri, atributları, dekorasiyaları və avadanlıqları platformada həm satış, həm də icarə məqsədilə yerləşdirilə bilər).

9.2. Qanunvericiliklə Qadağan Edilmiş və Lisenziyasız Məhsullar:

Spirtli içkilər və tütün məmulatları: Ev üsulu ilə hazırlanmış və ya lisenziyasız spirtli içkilər, elektron siqaretlər, qəlyan avadanlıqları və tütün məhsullarının satışı və ya reklamı.

Pirotexnika və Partlayıcı Maddələr: Lisenziyasız, sertifikatsız pirotexniki vasitələr, fişənglər, təhlükəli atəşfəşanlıq maddələri (yalnız rəsmi icazəsi olan peşəkar pirotexnika şirkətlərinin xidmətləri istisnadır).

Silah və Təhlükəli Əşyalar: Hər cür soyuq və ya odlu silahlar, döyüş sursatları, pnevmatik və ya suvenir silahlar.

Dərman vasitələri və Tibbi Məhsullar: Səhiyyə Nazirliyinin lisenziyası olmadan təqdim olunan tibbi preparatlar, arıqlama həbləri, bioloji fəal əlavələr (BFA).

9.3. Əxlaq və Etika Normalarına Zidd Olan Xidmətlər:

Erotik və Yaş Məhdudiyyətli (18+) Xidmətlər: İntim xarakterli xidmətlər, striptiz, böyüklər üçün nəzərdə tutulmuş əyləncə şouları və ya məhsullar.

Lisenziyasız və Təhlükəli Kosmetoloji Xidmətlər: Tibbi təhsili və lisenziyası olmayan şəxslər tərəfindən təklif olunan invaziv kosmetoloji əməliyyatlar (botoks, dolğu və s.). (Yalnız standart vizaj, saç düzümü və salon xidmətləri icazəlidir).

9.4. Saxtakarlıq, Əqli Mülkiyyət və Maliyyə Riskli Xidmətlər:

Müəllif Hüquqları Pozulmuş Kontent: Başqa mağazaların, brendlərin və ya xarici dizaynerlərin portfoliolardan oğurlanmış fotolarla təqdim olunan saxta (replika) məhsullar və xidmətlər.

Maliyyə və İntellektual Xidmətlər: Sərmayə cəlb etmə, piramida sxemləri, qumar, kazino, şans oyunları və ya tez qazanc vədləri ehtiva edən elanlar.

Sənəd Saxtakarlığı: Saxta dəvətnamələr, dövlət sənədləri, sertifikatlar və ya diplomların hazırlanması.

9.5. Texniki və Təhlükəsizlik Qaydalarını Pozan Elanlar:

Dublikat və Şərti Elanlar: Eyni xidməti müxtəlif başlıqlarla dəfələrlə yerləşdirmək.

Saxta Qiymətləndirmə: Axtarışda önə çıxmaq üçün real olmayan (məsələn: 1 AZN, 999,999 AZN) qiymətlərin daxil edilməsi.

Ünsiyyət Qaydalarının Pozulması: Təsvir hissəsində təhqiramiz ifadələr, siyasi və ya dini təbliğat, ksenofobiya və disskriminasıya ehtiva edən mətnlər.

⚠ ️ Qaydaların Pozulması Zamanı Tətbiq Olunan Tədbirlər:

Xəbərdarlıq və Elanın Silinməsi: Qaydalara cavab verməyən elan xəbərdarlıq edilmədən moderasiya tərəfindən rədd edilir və ya silinir.

Ödənişin Batması: Qadağan olunmuş elan üçün istifadə edilmiş VIP və ya Boost xidmətlərinin haqqı geri qaytarılmır.

Hesabın Bloklanması: Qaydaları dəfələrlə pozan və ya saxtakarlıq edən B2B/B2C hesabları dərhal və həmişəlik bloklanır. Bloklanmış hesabların balansı Maddə 6.1-ə uyğun olaraq sıfırlanır.

Hüquq mühafizə orqanlarına müraciyət.

10. MƏSULİYYƏT MƏHDUDİYYƏTİ VƏ HESABIN LƏĞVİ

10.1. Nasan.az B2B və B2C tərəflər arasında vasitəçi platformadır. Tərəflərin razılaşdıqları xidmətlərin keyfiyyətinə, ödənişlərinə və promokodların icrasına görə birbaşa tərəflərin özü məsuliyyət daşıyır.

11. MÜBAHİSƏLƏRİN HƏLLİ

11.1. Bu Razılaşma Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir.

11.2. Bütün mübahisələr iddia qaydasında danışıqlar yolu ilə, razılıq alınmazsa Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir.